Rövnəq Abdullayev Millətlər Liqasının püşkatma mərasiminə qatılacaq

Futbol
  • 03 mart, 2020
  • 09:29
Rövnəq Abdullayev Millətlər Liqasının püşkatma mərasiminə qatılacaq
Rövnəq Abdullayev

AFFA-nın prezidenti Rövnəq Abdullayev Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümünün püşkatma mərasiminə qatılacaq. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmçinin icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.