Ronaldunun "Mançester Yunayted"dəki nailiyyəti yenilənib
Futbol
- 17 mart, 2023
- 07:55
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunun İngiltərə təmsilçisi "Mançester Yunayted"dəki nailiyyəti yenilənib.
"Report" xəbər verir ki, buna "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford İspaniyada "Betis"ə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında fərqlənməklə nail olub.
26 yaşlı forvard mankunyanların heyətində avrokuboklarda 25-ci qoluna imza atıb. O, komandanın sabiq oyunçusu Kriştianu Ronaldunu (24 qol) geridə qoyub. Reşford bunlardan 13-nü Avropa Liqasında, 12-ni isə UEFA Çempionlar Liqasında vurub.
Qeyd edək ki, "Mançester Yunayted"də mütləq rekord Ueyn Runiyə (39 qol) məxsusdur.
Son xəbərlər
23:39
Tovuzda iki gənc qızı avtomobil vurub
Hadisə23:27
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
Digər ölkələr23:14
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
Region23:10
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-nin şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05