Ronaldu iki məhsuldar ötürmə ilə "Əl-Nəsr"ə qələbə qazandırıb

Futbol
  • 17 fevral, 2023
  • 17:33
Ronaldu iki məhsuldar ötürmə ilə Əl-Nəsrə qələbə qazandırıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu formasını geyindiyi Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 38 yaşlı hücumçu ölkə çempionatının XVII turunda evdə "Əl-Taavun"u 2:1 hesabı ilə məğlub etdikləri matçın iştirakçısı olub.

Meydan sahiblərinin hər iki qolunun ötürməsini təcrübəli forvard edib. O, 17 və 78-ci dəqiqələrdə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Qeyd edək ki, bu qələbə ilə xallarını 40-a çatdıran "Əl-Nəsr" ilk pillədəki mövqeyini qoruyub.

44 - Tezliklə