"Roma" rəsmisi Çempionlar Liqasının qrup mərhələsindəki vəziyyəti dəyərləndirib
- 16 noyabr, 2017
- 05:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ "Biz həsəd aparılacaq mövqedəyik. Bununla belə, mübarizəmizi davam etdirməliyik".
"Report"un məlumatına görə, bunu İtaliya "Roma"sının icraçı direktoru Umberto Qandini komandanın Çempionlar Liqasının C qrupunda arxada qalan 4 turdan sonrakı vəziyyətini dəyərləndirərkən deyib. Klub prezidenti idman uğurlarının faydasına da diqqət çəkib: "Mən hələ baş verməyən hadisələri şərh edə bilmərəm. Yüksəkliklərin fövqündə idman uğurlarının iqtisadi nəticələrə çevrilməsi dayanır. Beynəlxalq yarışlardakı nailiyyət öz maliyyə resurslarının daha rəvan idarə edilməsi deməkdir".
Qeyd edək ki, C qrupunda 4 turdan sonra "Roma" 8 xalla birinci pillədə qərarlaşıb. 7 xala malik İngiltərənin "Çelsi" komandası ikinci, 3 xalı olan İspaniya "Atletiko"su üçüncüdür. Dördüncü pillədə isə 2 xalla "Qarabağ" yer alıb. "Roma" növbəti turda "Atletiko"nun qonağı olacaq, son turda isə "Qarabağ"ı qəbul edəcək.