Robert Prosineçki Bosniya və Herseqovina yığmasının baş məşqçisi kimi ilk məğlubiyyətlə üzləşib

Futbol
  • 01 fevral, 2018
  • 07:23
Robert Prosineçki Bosniya və Herseqovina yığmasının baş məşqçisi kimi ilk məğlubiyyətlə üzləşib

Bakı. 1 fevral. REPORT.AZ/ "Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina milli komandasının heyətində növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, ABŞ turnesi çərçivəsində baş tutmuş qarşılaşmada rəqib Meksika yığması olub. Görüş amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub. Həmin qol zamanı qapıda Şehiç yox, Kenan Piriç olub. Piriç oyuna start heyətdə başlayan "Qarabağ"ın qolkiperini 46-cı dəqiqədə əvəzləyib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması daha əvvəl ABŞ-la qolsuz heç-heçə edib. 

44 filmi