Rəşad Sadıqov daha bir mövsüm "Qarabağ"da çıxış edəcək

Futbol
  • 11 may, 2019
  • 17:11
Rəşad Sadıqov daha bir mövsüm Qarabağda çıxış edəcək

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov daha bir mövsüm Ağdam komandasının formasını geyinəcək.

Bu barədə "Report"a 37 yaşlı müdafiəçinin özü bildirib.

O, klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla məsləhətləşdikdən sonra belə qərar qəbul etdiyini söyləyib.