"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb
Futbol
- 12 oktyabr, 2016
- 14:02
Bakı. 12 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Toni Kroosla müqavilə müddətini artırıb.
"Report"un Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək. Əvvəlki müqaviləyə əsasən Kroos 2020-ci ilədək "Real Madrid"də qalmalı idi.
26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda keçirilib.
Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Almaniyanın "Bavariya" klubundan transfer edilib.
Son xəbərlər
19:36
Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclis19:35
Foto
Azərbaycan "Silk Road Fund"u ilə yeni investisiya təşəbbüslərini müzakirə edib
Biznes19:27
Foto
Bakıda Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub
Biznes19:22
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya19:21
Kamçatka sahillərində "Triumf" gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb
Digər ölkələr19:20
Qusev: Ukrayna Azərbaycan investisiyalarının cəlbində maraqlıdır
Xarici siyasət19:09
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Xarici siyasət19:09
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb
Digər ölkələr19:05