"Real Madrid"in sabiq futbolçusunun düşdüyü ağır qəzanın videosu yayılıb
Futbol
- 12 aprel, 2022
- 13:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sosial şəbəkələrdə İspaniya "Real Madrid"inin sabiq futbolçusu Freddi Rinkonun düşdüyü avtomobil qəzasının videosu yayılıb.
"Report"un məlumatına görə, yerli mətbuat avtomobilin avtobusla toqquşma anını lentə alan təhlükəsizlik kameralarının görüntülərini dərc edib.
Hadisə aprelin 11-də Kolumbiyanın Kali şəhərində baş verib. Başından ciddi xəsarət alan veteran yarımmüdafiəçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda reanimasiyada olan 55 yaşlı keçmiş oyunçunun əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, Freddi Rinkon 1995-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. 1990 - 2001-ci illərdə Kolumbiya yığmasına dəvət alan keçmiş orta sahə oyunçusu İtaliyada "Napoli"nin də şərəfini qoruyub.
"Real Madrid"in sabiq futbolçusunun düşdüyü ağır qəzanın videosu yayılıb
Son xəbərlər
09:31
Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
İnfrastruktur
09:28
Foto
Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
Hadisə
09:28
İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
Futbol
09:09
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
Fərdi
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.10.2026)
Maliyyə
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr