"Real"ın yarımmüdafiəçisi Braziliyaya qayıdacaq
Futbol
- 04 avqust, 2025
- 10:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Reynier ölkəsi Braziliyaya qayıdacaq.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı braziliyalı transfer məbləğinin 50 faizinin "Real"a ödənilməsi şərti ilə "Atletiko Mineyro"ya transfer olunacaq.
Qeyd edək ki, Reynier 2020-ci ildə "Flamenqo"dan 30 milyon avroya İspaniya klubuna keçib. Yarımmüdafiəçi "Real"da olduğu müddətdə 4 dəfə icarəyə göndərilib. O, Madrid komandasında cəmi 3 matçda iştirak edib, 2 qola və bir məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.
Son xəbərlər
05:48
BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
Digər ölkələr
05:16
ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Digər ölkələr
04:43
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol