"Real"ın futbolçusu "Mançester Siti"yə keçə bilər
Futbol
- 30 may, 2024
- 17:20
İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Rodriqo İngiltərə təmsilçisi "Mançester Siti"yə keçə bilər.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, PSJ-dən ayrılacağı dəqiqləşən Kilian Mbappenin "Kral klubu"na transferi baş tutarsa, Rodriqonun əsas heyətdə yer almaq şansı azalacaq.
Bu səbəbdən 23 yaşlı hücumçu daha çox meydana çıxa biləcəyi klubda forma geyinməyi düşünür. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da braziliyalı oyunçunun keçidinə müsbət yanaşır.
Qeyd edək ki, Rodriqo cari mövsüm "Real"ın heyətində ümumilikdə 50 oyuna çıxıb və 17 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.
Son xəbərlər
10:12
Foto
Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır
Xarici siyasət10:06
Video
Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
İnfrastruktur10:06
Foto
Azərbaycan qılıncoynadanı Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb
Fərdi10:04
Foto
Video
Göygöldə qanunsuz tikili sökülüb
Daxili siyasət10:02
"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
Din10:02
Cənubi Koreya 2029-cu ilə qədər öz peykinin istehsalına başlamağı planlaşdırır
Digər ölkələr09:58
Foto
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pri yarışında iştirak ediblər
Fərdi09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30