"Real" Endriklə yollarını ayırmağa hazırdır
- 19 noyabr, 2026
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubu futbolçusu Endriklə yollarını ayırmağa hazırdır.
"Report" "ESPN Brasil"ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 20 yaşlı hücumçu üçün 60-70 milyon avro civarında təklifləri nəzərdən keçirməyi planlaşdırır.
İtaliyanın "Milan" klubu braziliyalı oyunçunu heyətinə qatmaq üçün əsas namizədlərdən biridir.
"Real" futbolçunu buraxmağa hazır olsa da, müqaviləyə satınalma şərtini əlavə edə bilər. Bu, Endrikin yüksək performans nümayiş etdirəcəyi halda, "Kral klubu"na onu yenidən sıralarına qaytarmaq imkanı yaradacaq.
Xatırladaq ki, hücumçunun "Real"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün turnirlərdə 141 dəqiqə meydanda olub, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.