Rauf Əliyevin keçmiş klubu ilə "Fənərbağça"nın oyununda dava düşüb - VİDEO

Futbol
  • 13 yanvar, 2018
  • 21:22
Rauf Əliyevin keçmiş klubu ilə Fənərbağçanın oyununda dava düşüb - VİDEO

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" komandasının Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə keçirdiyi yoxlama matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, insident oyunun sonlarında yaşanıb.

İlk yarıda "Kukesi" 2 qol vursa da, "Fənər" fasilədən sonra penaltidən vurduğu 2 qolla bərabərliyə nail olub. 48-ci dəqiqədə Juliano, 90-cı dəqiqədə Fernandao fərqlənib. Məhz ikinci penalti epizodunda iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Qarşıdurmaya texniki heyət üzvləri də qoşulub. İstanbul komandasının qapıçısı Volkan Dəmirəli çətinliklə sakitləşdirmək mümkün olub.

Mövsümün ilk yarısında "Kukesi"də Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev də forma geyinib.

Rauf Əliyevin keçmiş klubu ilə "Fənərbağça"nın oyununda dava düşüb - VİDEO
Rauf Əliyevin keçmiş klubu ilə "Fənərbağça"nın oyununda dava düşüb - VİDEO