Rafael Ağayevin dünya çempionatındakı final döyüşü fərqləndirildi - VİDEO
Futbol
- 17 iyun, 2020
- 09:38
Rafael Ağayev
Dünya Karate Federasiyası (WKF) son 10 ilin dünya çempionatlarından yaddaqalan anları yenidən yayımlayacaq.
"Report" WKF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum "YouTube" kanalı vasitəsilə ən yaxşı kumite qarşılaşmalarını göstərəcək. Onlar arasında 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin də görüşü var.
35 yaşlı təcrübəli idmançının 2010-cu ildə Serbiyanın paytaxtı Belqraddakı mundialda final qarşılaşması təqdim ediləcək. Ağayev həmin dueldə italiyalı Luici Busanı məğlubiyyətə uğradıb və 4-cü dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, WKF bu qarşılaşmanı iyulun 3-də yayımlayacaq.
Rafael Ağayevin dünya çempionatındakı final döyüşü fərqləndirildi - VİDEO
Son xəbərlər
14:24
Cud Bellinqem "Real"la müqaviləsinin müddətini uzatmağa yaxındır
Futbol14:23
Türkiyə MMN: Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur
Xarici siyasət14:17
Yaponiya KXDR-in ballistik raket buraxdığını bildirib
Digər ölkələr14:08
Türkiyə Səfirliyi: Azərbaycanın suverenliyi uğrunda canlarından keçən bütün qardaşlarımızı yad edirik
Xarici siyasət14:00
Məsim Məmmədov Çində səfərdədir
Xarici siyasət14:00
20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY
Qarabağ13:45
Keniyalı atlet Aqnes Nqetiç Danimarkada yeni dünya rekordu müəyyənləşdirib
Fərdi13:35
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb
Region13:21