Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Futbol
  • 03 noyabr, 2022
  • 19:50
Qurban Qurbanov: Sayılmayan qol epizodunda əsəbləşdim
Qurban Qurbanov

"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: "Sayılmayan qol epizodunda əsəbləşdim. Həmin an penalti təyin olunmalı idi".

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.