Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"

Futbol
  • 31 oktyabr, 2025
  • 20:24
Qurban Qurbanov: Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq

"Qarabağ" hər rəqibə qarşı ciddi hazırlaşmalıdır.

"Report" xəbər verir ki, bunu "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

"Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi şəkildə liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar".

Qeyd edək ki, "Qarabağ" - "İmişli" oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti