Qurban Qurbanov 5:1-dən sonra: "Çox danışmaq istəmirəm"

Futbol
  • 06 mart, 2022
  • 17:24
Qurban Qurbanov 5:1-dən sonra: Çox danışmaq istəmirəm
Qurban Qurbanov

"Oyun barədə çox danışmayacağam, futbolçularımı təbrik edirəm".

"Report"un məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 5:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, "Azersun Arena"da uzun müddətdən sonra keçirdikləri matçın nəticəsi ürəkaçan olub: "Çoxdandır bu arenada oynamırdıq. Hamıya xoş oldu, bol qol vuruldu".