Qırğızıstan Futbol Federasiyasının prezidenti Azərbaycandadır

Futbol
  • 01 may, 2017
  • 12:01
Qırğızıstan Futbol Federasiyasının prezidenti Azərbaycandadır

Bakı. 1 may. REPORT.AZ/ Qırğızıstan Futbol Federasiyasının prezidenti Semetey Sultanov Azərbaycanda səfərdədir. 

"Report"un məlumatına görə, qonaq AFFA-nın infrastrukur və marketinq siyasəti ilə tanış olmaq istəyi ilə gəlib. S.Sultanov bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikir mübadiləsi aparıb, O, Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazasında olub.