"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
- 07 dekabr, 2015
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 dekabr. REPORT.AZ/ "Qəbələ" və "Qarabağ" klublarının Avropa Liqasının qrup mərhələsində müvafiq olaraq Rusiya "Krasnodar"ı və Belçika "Anderlext"i ilə keçirəcəyi oyunlara bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, Bakıda baş tutacaq "Qəbələ" - "Krasnodar" oyunu rumıniyalı, Belçikada keçiriləcək "Andelext" - "Qarabağ" qarşılaşması isə Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub.
Bakıdakı oyunun baş hakimi İştvan Kovaç olacaq. Brüsseldəki qarşılaşma isə Slavo Vinçiç olacaq.
Avropa Liqası, VI tur
10 dekabr
22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)
Baş hakim: İştvan Kovaç
Yan xətt hakimləri: Mikloş İştvan Nagi, Vasile Florin Marinesku
Əlavə köməkçi hakimlər: Pavel Kristian Balay, Marius Avram
Dördüncü hakim: Mixai Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Bakı. "Bakcell Arena".
11 dekabr
00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Slavko Vinçiç
Yan xətt hakimləri: Boyan Ul, Tomaş Klançnik
Əlavə köməkçi hakimlər: Roberto Ponis, Draqoslav Periç
Dördüncü hakim: Andras Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Vayss (Slovakiya)
Brüssel. Konstant Vanden Stok Stadionu.