"Qəbələ" Vaqif Cavadovla da yollarını ayırıb
Futbol
- 21 dekabr, 2015
- 07:19
Bakı. 21 dekabr. REPORT.AZ/ "Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb.
Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb.
Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.
Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb.
Son xəbərlər
02:52
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
Region02:43
CENTCOM İranın 5 neft tankerinin məhv edildiyini açıqlayıb
Digər ölkələr02:35
"Al Jazeera": İordaniyanın şimalında İran raketləri ələ keçirilib
Digər ölkələr02:12
Foto
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
Hadisə02:08
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
Region01:44
Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib
Futbol01:31
ISNA: ABŞ ordusu Cask sahillərində mülki gəmini atəşə tutub - YENİLƏNİB-2
Region00:58
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
Futbol00:07