"Qəbələ" - "Sent-Etyen" oyununun hakimləri açıqlanıb

Futbol
  • 31 oktyabr, 2016
  • 09:46
Qəbələ - Sent-Etyen oyununun hakimləri açıqlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının IV turunun C qrupunda "Qəbələ" və Fransa "Sent-Etyen"i arasında keçiriləcək oyunun təyinatları açıqlanıb. "Report"un məlumatına görə, Bakıda baş tutacaq görüş ispaniyalı hakimlər briqadasına həvalə edilib.

"Bakcell Arena"da keçiriləcək qarşılaşma noyabrın 3-də saat 22:00-da başlayacaq.

Avropa Liqası, qrup oyunları, IV tur

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenes, Roberto Alonso Fernandes

Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnyaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvares Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropulos (Yunanıstan)

Bakı. "Bakcell Arena"