"Qəbələ"nin xahişi ilə bu gecə metronun iş qrafiki uzadılıb

Futbol
  • 17 sentyabr, 2015
  • 15:08
Qəbələnin xahişi ilə bu gecə metronun iş qrafiki uzadılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubu Yunanıstan PAOK-u ilə oyundan sonra azarkeşlərin metrodan yararlana bilməsi üçün Bakı Metropoliteninə müraciət edib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, müraciətdə iş rejiminin saat 01:30-dək uzadılması xahiş olunub.

Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" İdman Klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.

Qeyd edək ki, "Qəbələ" - PAOK matçı bu gün saat 22:00-da başlanacaq. Azarkeşlərin metrodan istifadədə problemlə üzləşə biləcəklərinə dair məsələni klub və Bakı Metropoliteni qarşısında ilk dəfə "Report" İnformasiya Agentliyi qaldıraraq məsələni ictimailəşdirib. Məhz bundan sonra klub və metropoliten məsələyə operativ reaksiya verib.