Fransada yeni irimiqyaslı ümummilli tətil və kütləvi etiraz aksiyaları keçiriləcək

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 11:30
Fransada yeni irimiqyaslı ümummilli tətil və kütləvi etiraz aksiyaları keçiriləcək

Fransada oktyabrın 13-də yeni irimiqyaslı ümummilli tətil və kütləvi etiraz aksiyaları keçiriləcək.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine bildirib.

Məlumata görə, tələbələrin, yuxarı sinif şagirdlərinin və təhsil sahəsi işçilərinin ən böyük həmkarlar ittifaqlarını birləşdirən Koordinasiya Komitəsi bu günü səfərbərliyin əsas nöqtəsi elan edib.

Yuxarı sinif şagirdlərinin etirazları artıq bir neçə həftədir davam etdiyindən, həmkarlar ittifaqının lideri hökuməti öz büdcə planına yenidən baxmağa çağırıb.

"Tələbələrin səfərbərliyi sizi öz məsuliyyətinizi dərk etməyə məcbur edir. Gənclər bizim ən dəyərli sərvətimizdir. Səthi tədbirlərlə bu səfərbərlikdən çıxa biləcəyinizi düşünməyin", - o bildirib.

Bundan əlavə, Tələbə İttifaqının mətbuat katibi Sabrin Harbax qeyd edib ki, hakimiyyət təhsil ehtiyacları üçün tələb olunan 10 milyard avronu ayırmayana qədər etirazlar davam edəcək: "Bu, tələbə yoxsulluğuna və tədris müəssisələri binalarının dağılmasına son qoymaq üçün minimal məbləğdir".

Bəzi hesablamalara görə, təhsil və səhiyyə sahəsindəki problemlərin həlli üçün 15 milyard avroya qədər vəsaitin ayrılması zəruridir.

Qeyd edək ki, hərəkatın başlanğıcından bəri 6 800-dən çox şəxs həbs edilib, onların da böyük əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.

44 - Tezliklə