"Qəbələ"nin sabiq baş məşqçisinin avtobioqrafik kitabı nəşr olunub

Futbol
  • 22 dekabr, 2021
  • 18:30
Qəbələnin sabiq baş məşqçisinin avtobioqrafik kitabı nəşr olunub

"Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.

"Report"un məlumatına görə, bu barədə 56 yaşlı ukraynalı mütəxəssisin özü "meta-ratings" saytına müsahibəsində deyib.

O, "Üç ölkənin çempionu" adlı kitabının 1 000 tirajla çap olunduğunu və bir gündə satılıb qurtardığını bildirib.

Qriqorçuk öz kitabında məşqçilik karyerasının Azərbaycan dövrünə də yer ayırıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"yə başçılıq edib. Təcrübəli mütəxəssis Latviyanın "Ventspils", Qazaxıstanın "Astana" və Belarusun "Şaxtyor" (Soliqorsk) komandalarının sükanı arxasında ölkə çempionluğunu qazanıb.