“Qəbələ”nin futbolçusu 4 oyunluq cəzalandırılıb
Futbol
- 20 dekabr, 2023
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Samuel Tettehi 4 oyunluq cəzalandırıb.
“Report” xəbər verir ki, buna qanalı hücumçunun Premyer Liqanın XVII turunda “Səbail”lə keçirilən səfər görüşünün 36-cı dəqiqəsində təcavüzkar davranışa yol verməsi səbəb olub.
Rəqibə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının 2 oyunu şərti olacaq. Onun bu davranışı “Qəbələ”ni 3000 manat ziyana salıb.
“Kəpəz”lə matçın 26-cı dəqiqəsində və oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimələnib.
“Araz-Naxçıvan”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə ödəyəcək.
Son xəbərlər
02:18
Myanmada avtobus dərəyə aşıb, onlarla insan ölüb
Digər ölkələr
01:43
İsrail Qəzzada beynəlxalq qüvvələrin statusu haqqında saziş imzalayıb
Digər ölkələr
01:36
Bundesliqa: "Borussiya" "Bayer" üzərində qələbəni əldən verib
Futbol
01:02
NHK: 1,2 milyondan çox istifadəçinin məlumatları sızdırılıb
Digər ölkələr
00:41
SEPAH: Daha bir neft tankeri Hörmüz boğazında minaya düşərək yanıb
Region
00:10
Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək
Region
23:56
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Digər ölkələr
23:43
Suraxanı və Sabunçunun bir sıra ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
23:36
Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük
Region