"Qəbələ" - "Maynts" oyununa indiyədək satılmış bilet sayı açıqlanıb
Futbol
- 29 sentyabr, 2016
- 08:43
Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununa 6000 bilet satılıb. Bu barədə "Report"a klubun Media və marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verib.
Onun sözlərinə görə, hazırda kassalarda təxminən 1 500 bilet qalıb. Arenanın qapının arxasında yerləşən 2B sektoru isə "Maynts" azarkeşləri üçün ayrılıb. Həmin sektorda təqribən 300 azarkeşin olacağı gözlənilir.
Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.
Son xəbərlər
16:39
Foto
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşada Zəfər abidəsini ziyarət ediblər - YENİLƏNİB
Din16:36
Foto
Rusiyanın hücumu nəticəsində Kiyevdə 15 çoxmərtəbəli bina zədələnib - FOTOREPORTAJ
Digər ölkələr16:34
"Qəbələ"ni "Kəpəz"lə səfər matçına da Amil Ağacanov çıxaracaq
Futbol16:27
"Mançester Yunayted" Almaniya millisinin futbolçusu Feliks Nmeça ilə maraqlanır
Futbol16:26
Aliyə Əzimova: "Yaşıl layihə"lərin miqyasını böyütməyə vahid standartlar lazımdır"
Maliyyə16:23
"Turkish Airlines" 2027-ci ilin iyunundan İngiltərənin "Liverpul" klubunun titul sponsoru olacaq
Futbol16:21
Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH
Analitika16:20
IFC: Davamlı şəhər üçün enerji, su, nəqliyyat və tullantı sistemlərinə birlikdə baxılmalıdır
İnfrastruktur16:18