​"Qəbələ" Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Futbol
  • 04 avqust, 2016
  • 18:52
​Qəbələ Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" və Fransanın "Lill" komandaları cavab oyununu keçirib. 

"Report"un məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın yeganə qolunun müəllifi Filip Ozobiç olub. Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alındığından matçın 34-cü dəqiqəsində vurulan qol Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı Avropa Liqasının pley-off mərhələsinə daşıyıb.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması sabah keçiriləcək.

44 - Tezliklə