Qazaxıstanlı futbolçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün çalışacağıq"

Futbol
  • 02 iyun, 2022
  • 13:50
Qazaxıstanlı futbolçu: Azərbaycanla oyunda yaxşı nəticə üçün çalışacağıq

"Sabahkı matçda yaxşı nəticə əldə etməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu Qazaxıstan millisinin futbolçusu Ashat Tağıbergen evdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.

Azərbaycanla tez-tez qarşılaşdıqlarını xatırladan 32 yaşlı yarımmüdafiəçi sabahkı qarşılaşmaya tam hazır olduqlarını söyləyib.

Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.