"Qarabağ" və "Qəbələ" futbolçuları autizm xəstələrinə dəstək nümayiş etdiriblər

Futbol
  • 09 aprel, 2017
  • 17:44
Qarabağ və Qəbələ futbolçuları autizm xəstələrinə dəstək nümayiş etdiriblər

Bakı. 9 aprel. REPORT.AZ/ "Qarabağ" və "Qəbələ" komandaları Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən oyuna plakatla çıxıb.

"Report"un məlumatına görə, plakatın üzərində "Autizmin fərqindəyik - onların yanındayıq" şüarı nümayiş etdirilib.

Qeyd edək ki, 2 aprel ümumdünya autizm günü kimi qeyd olunur.