"Qarabağ" UEFA Gənclər Liqasında ardıcıl 3-cü məğlubiyyətlə üzləşib

Futbol
  • 18 oktyabr, 2017
  • 11:55
Qarabağ UEFA Gənclər Liqasında ardıcıl 3-cü məğlubiyyətlə üzləşib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün "Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. 

“Report” xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib. İngiltərədə baş tutan ilk matçda "Çelsi”yə 0:5, ardınca Bakıda İtaliyanın "Roma” komandasına 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu bu görüşdə də məğlubiyyətlə üzləşib 1:5. "Qarabağ"ın turnirdə ilk qolunu ukraynalı Yaroslav Deda vurub. 

Qeyd edək ki, “Qarabağ”ı bu matça baş məşqçi Rəşad Sadıqov deyil, köməkçisi Aftandil Hacıyev çıxarıb. Buna səbəb Ağdam təmsilçisinin əsas komandasının kapitanının Çempionlar Liqasında “Atletiko” ilə matça hazırlaşmasıdır.

Gənclər Liqası 

Qrup mərhələsi, III tur 

C qrupu

18 oktyabr

14:00. "Qarabağ” (Azərbaycan) – "Atletiko” (Madrid, İspaniya) - 1:5

Qollar: Yaroslav Deda, 18 - Karlos İsaak, 8. Oskar Klemente, 37. Toni Moya, 44. Aytor Punyal , 69. Alberto Salido, 88 

Baş hakim: Vitali Meşkov 

Yan xətt hakimləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya) 

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan) 

UEFA nümayəndəsi: Tamar Çiçinadze (Gürcüstan) 

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan) 

Bakı. "Qarabağ” stadionu

44 - Tezliklə