"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb, "Zirə" ilkə imza atıb
- 30 aprel, 2022
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kubokunun 30-cu – yubiley mövsümündə finala vəsiqə qazanan "Qarabağ" tarixində bunu 10-cu dəfə bacarıb.
"Report"un məlumatına görə, "köhlən atlar" bununla “Neftçi”nin rekordunu təkrarlayıb.
Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/2017 mövsümündə finalda oynayan “Ağdam təmsilçisi sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.
"Zirə" isə tarixində ilk dəfə finala yüksəlib. "Qartallar" həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.
| 1992 | Kür (Mingəçevir) - İnşaatçı (Bakı) | 1:2 |
| 1993 | İnşaatçı (Sabirabad) - Qarabağ (Ağdam) | 0:1 |
| 1993/94 | Kəpəz (Gəncə) - Xəzər (Lənkəran) | 2:0 |
| 1994/95 | Neftçi (Bakı) - Kur-Nur (Mingachevir) | 1:0 |
| 1995/96 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 3:0 |
| 1996/97 | Kəpəz (Gəncə) - Xəzri (Buzovna) | 1:0 |
| 1997/98 | Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) | 2:0 |
| 1998/99 | Şəmkir - Neftçi (Bakı) | 0:0, pen. 3:5 |
| 1999/2000 | Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) | 2:1 |
| 2000/01 | Şəfa (Bakı) - Neftçi (Bakı) | 2:1 |
| 2003/04 | Şəmkir - Neftçi (Bakı) | 0:1 |
| 2004/05 | İnter (Bakı) - Bakı | 1:2 |
| 2005/06 | Qarabağ (Ağdam) - Karvan (Yevlax) | 2:1 |
| 2006/07 | Xəzər-Lənkəran - MKT-Araz (İmişli) | 1:0 |
| 2007/08 | Xəzər-Lənkəran - İnter (Bakı) | 2:0 |
| 2008/09 | İnter (Bakı) - Qarabağ (Ağdam) | 0:1 |
| 2009/10 | Xəzər-Lənkəran - Bakı | 1:2 |
| 2010/11 | Xəzər Lənkəran - İnter (Bakı) | 1:1, pen. 4:2 |
| 2011/12 | Neftçi (Bakı) - Bakı | 0:2 |
| 2012/13 | Neftçi (Bakı) - Xəzər Lənkəran | 0:0, p.5:3 |
| 2013/14 | Qəbələ - Neftçi (Bakı) | 1:1, pen. 2:3 |
| 2014/15 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 3:1 |
| 2015/16 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:0, ə.v. |
| 2016/17 | Qarabağ (Ağdam) - Qəbələ | 2:0 |
| 2017/18 | Keşlə (Bakı) - Qəbələ | 1:0 |
| 2018/19 | Qəbələ - Sumqayıt | 1:0 |
| 2020/21 | Keşlə (Bakı) - Sumqayıt | 2:1 |