"Qarabağ" komandasının səfər proqramı bəlli olub
Futbol
- 24 avqust, 2021
- 09:05
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya yollanacaq.
"Report"un məlumatına görə, Ağdam təmsilçisini Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov avqustun 24-ü yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. "Köhlən atlar"ın son məşqi isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda baş tutacaq.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Son xəbərlər
20:02
İsrail ordusu hazır vəziyyətə gətirilib
Digər ölkələr19:52
Foto
Premyer Liqa: "Turan Tovuz" bu il doğma meydandakı birinci oyununda ilk qələbəsini qazanıb
Futbol19:41
Səudiyyə Ərəbistanı "Şərq - Qərb" boru kəmərinin işini bərpa edib
Digər ölkələr19:34
SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-yə xəbərdarlıq edib
Region19:25
"Bloomberg": İki supertanker Hörmüz boğazından keçə bilməyib
Digər ölkələr19:17
İranın Neft Nazirliyi: Enerji obyektlərinin böyük hissəsi bərpa ediləcək
Region19:07
Vilayəti: Bu gün Hörmüzün açarı İranın əlindədir
Region18:44
"Sumqayıt" futbolçusu Nsana Simon zədələnib
Futbol18:43