“Qarabağ” Kiprdə qələbə qazanıb
Futbol
- 06 avqust, 2019
- 18:56
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı GPS stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
54-cü dəqiqədə Mahir Emreli topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə onun yerinə meydana “Qarabağ”ın yeni transferi Maqaye Qeye daxil olub. Fransalı hücumçu bir dəqiqə sonra hesab arasındakı fərqi ikiyə yüksəldib. APOEL-in qolunu isə 95-ci dəqiqədə Giorgos Merkis vurub.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.
Son xəbərlər
17:11
İnnovasiya ekosisteminin maliyyə əlçatanlığının genişləndirilməsi məqsədilə hazırlanan qanun layihələri təsdiqlənib
İKT17:09
Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb - YENİLƏNİB-2
Sağlamlıq17:01
PSJ-nin gənc vingeri İbrahim Mbaye İngiltərə klublarının hədəfinə düşüb
Futbol16:58
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbərdarlıq edib
ASK16:51
Foto
Video
Bakıda güclü külək 14 ağacı aşırıb, 41 budağı sındırıb - YENİLƏNİB-2
Ekologiya16:50
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib
Sosial müdafiə16:50
Vuçiç ölüm təhdidinə cavab verib: Özümü təhlükə altında hiss etmirəm
Digər ölkələr16:48
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
Media16:47