"Qarabağ" kapitanını itirdi, Emreli qol vurub əsgər salamı verdi

Futbol
  • 18 avqust, 2020
  • 17:40
Qarabağ kapitanını itirdi, Emreli qol vurub əsgər salamı verdi

"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks" ilə hazırda davam edən oyununda ciddi itki ilə üzləşib.

"Report"un məlumatına görə, Ağdam klubunun kapitanı Maksim Medvedev 76-cı dəqiqədə zədələnib. Müdafiəçi meydanı xərəkdə tərk edib. Onun yerinə oyuna Abbas Hüseynov daxil olub.

Bundan 4 dəqiqə sonra isə "Qarabağ" 4-cü qolu vurub. Təkbətəkdən fərqi artıran Mahir Emrelini qolunu əsgər salamı ilə qeyd edib.