"Qarabağ"ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli olub

Futbol
  • 11 iyul, 2024
  • 15:20
Qarabağın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli olub

"Qarabağ"ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.

"Report" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab”a (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivi (2:1) ilə üz-üzə gəlib.