"Qarabağ"ın yarımmüdafiəçisi həftənin futbolçusu adına namizəd olub

Futbol
  • 05 noyabr, 2021
  • 05:18
Qarabağın yarımmüdafiəçisi həftənin futbolçusu adına namizəd olub

UEFA Konfrans Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada iddialılardan biri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

Onunla yanaşı, "4-lüy"ə Andre Qrin (“Slovan” Bratislava Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də düşüb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

44 - Tezliklə