"Qarabağ"ın U-15 komandası beynəlxalq turnirdə 1/4 finala yüksəlib - YENİLƏNİB
- 08 fevral, 2024
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.
“Report”un məlumatına görə, Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla birinci yerdə tamamlayıb.
Vüqar Əsgərlinin kollektivi III turda yerli BATE ilə heç-heçə edib - 1:1. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.
Növbəti mərhələnin matçları fevralın 9-da keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i 2:0 hesabı ilə məğlub edib.
14:10
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.
"Report" Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini qazanıb.
“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.
Qeyd edək ki, komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.