"Qarabağ"ın rəqibi XXI əsrdə Fransa kubokunu qazana bilmir

Futbol
  • 10 fevral, 2022
  • 05:12
Qarabağın rəqibi XXI əsrdə Fransa kubokunu qazana bilmir

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransa "Marsel"i XXI əsrdə ölkə kubokunu qazana bilmir.

"Report"un məlumatına görə, Xorxe Sampaolinin baş məşqçi olduğu komanda 1/4 final mərhələsində səfərdə "Nitsa"ya 1:4 hesabı ilə uduzub.

Liqa 1 təmsilçisi son olaraq 1988/1989 mövsümündə bu turnirin qalibi olub.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.