"Qarabağ"ın Macarıstana səfər planı açıqlanıb
Futbol
- 07 avqust, 2022
- 10:40
UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda "Ferentsvaroş"la qarşılaşacaq "Qarabağ"ın səfər planı bəlli olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.
Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.
Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.
Son xəbərlər
12:18
Azərbaycan Premyer Liqasında I turun təyinatları açıqlanıb
Futbol12:15
Foto
"Dərnəgül" elektrik deposuna ilk qatar daxil olub
İnfrastruktur12:14
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib
Region12:12
Foto
"Expressbank" eyni gündə 2 filial açıb
Maliyyə12:12
Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsal ediləcək
Sənaye11:59
Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
Hadisə11:54
Samuxda qidadan zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb - YENİLƏNİB
Hadisə11:54
Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb
Biznes11:49