"Qarabağ"ın futbolçusu danimarkalı sabiq oyunçunun nailiyyətini geridə qoyub
Futbol
- 23 oktyabr, 2025
- 11:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasında mərhum danimarkalı oyunçu Yan Sorensenin nailiyyətini geridə qoyub.
"Report"un məlumatına görə, 26 yaşlı vinger buna "Atletik"ə səfərdə uduzduqları əsas mərhələnin oyununda fərqlənməklə nail olub.
L.Andrade Bilbao təmsilçisinin qitənin bir nömrəli klub turnirində buraxdığı ən erkən qolun müəllifi olub. Oyunçu bunu 48-ci saniyədə bacarıb.
Yan Sorensen 1998/1999 mövsümündə Norveçin "Rusenborq" komandasının heyətində Çempionlar Liqası matçında 85-ci saniyədə "Atletik"in qapısına yol tapıb.
Qeyd edək ki, "Qarabağ" ötən gün "Atletik"ə 1:3 hesabı ilə uduzub.
Son xəbərlər
09:17
UEFA Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubu ilə qarşılaşacaq
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.10.2026)
Maliyyə
08:58
Si Cinpin Çinin KXDR ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr
08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.10.2026)
Maliyyə
08:48
Tramp Putin və Si Cinpinlə mümkün görüşün mövzusu kimi nüvə tərskilahını açıqlayıb
Digər ölkələr
08:15
Foto
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir
Xarici siyasət
08:12
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiyada PHP-də zəifliyə görə hökumət saytları müvəqqəti bağlanıb
Digər ölkələr
07:36
Kolumbiyada polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
Digər ölkələr