"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu islandiyalı hakimlərə tapşırılıb
Futbol
- 05 iyul, 2019
- 10:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyada keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
“Report” xəbər verir ki, iyulun 10-da paytaxt Tiranadakı Selman Stermasi adına stadionda baş tutacaq matçı islandiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Torvaldür Arnasondur. Yohann Qunnar Qudmundssonla Andri Vigfusson yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim isə Pyotr Qudmundsson olacaq.
Ədalət təmsilçilərinin işinə avstriyalı hakim-inspektor Konrad Plautz qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Tammo Beishuizendir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Son xəbərlər
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region