​"Qarabağ"ın Çempionlar Liqasındakı səfər oyununun başlama saatı müəyyənləşib

Futbol
  • 06 iyul, 2015
  • 05:26
​Qarabağın Çempionlar Liqasındakı səfər oyununun başlama saatı müəyyənləşib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanı futbol üzrə Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun II təsnifat mərhələsində Monteneqro təmsilçisi "Rudar"la cavab görüşünün başlama vaxtı məlum olub. "Report"un məlumatına görə, matç iyulun 22-də Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Tərəflər Petrovats şəhərindəki 1500 tamaşaçı tutumuna malik "Pod Malim Brdom" stadionunda üz-üzə gələcəklər. 

Qeyd edək ki, "Qarabağ" "Rudar"la ilk matçını iyulun 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:30-da başlanacaq.