"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyənləşib

Futbol
  • 20 iyun, 2022
  • 12:40
Qarabağın Avstriyadakı rəqibləri müəyyənləşib

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışında keçirəcəyi yoldaşlıq oyunlarıdakı rəqibləri bəlli olub.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, "köhlən atlar" ilk matçını iyunun 25-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ağdam təmsilçisi iyunun 29-da isə iki oyuna çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv saat 12:00-da Almaniyanın "Holştayn", saat 20:30-da Rumıniyanın "Universitatya Krayova" komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə üz-üzə gələcək. İlk görüş iyulun 5-də səfərdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.