"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmaq istəyir

Futbol
  • 07 sentyabr, 2023
  • 07:29
Qarabağ daha bir futbolçusu ilə yollarını ayırmaq istəyir

"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.

"Report"un məlumatına görə, ölkə çempionu tez-tez zədələnən Adama Diakabini klubda görmək istəmir.

27 yaşlı yarımmüdafiəçi bununla bağlı məlumatlandırılıb. Fransalıdan özünə yeni komanda tapması istənilib.

İlin əvvəlində Ağdam təmsilçisinə keçən Adama Diakabinin müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidinə icazə verib.

44 - Tezliklə