"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Futbol
  • 09 iyul, 2024
  • 05:09
Qarabağ bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

"Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

44 - Tezliklə