"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb - VİDEO

Futbol
  • 14 aprel, 2018
  • 13:53
Qarabağ Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb - VİDEO

Gəncə. 14 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. 

"Report"un Gəncəbasar bürosunun məlumatına görə, açılış oyunu Gəncədə autsayder "Kəpəz"lə lider "Qarabağ" arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb. 

Bu qələbə sayəsində xallarını 56-ya çatdıran "Qarabağ" ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. "Kəpəz" isə 12 xalla sonuncu pillədə qalıb. 

Qeyd edək ki, tura aprelin 15-də "Qəbələ" - "Səbail", "Sumqayıt" - "Keşlə" və "Zirə" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.  

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb - VİDEO

44 filmi