"Qarabağ" "Atletiko" önünə ciddi itki ilə çıxa bilər
Futbol
- 17 oktyabr, 2017
- 09:46
Bakı. 17 oktyabr. REPORT.AZ/ "Qarabağ" komandası İspaniya "Atletiko"su ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçına ciddi itki ilə çıxa bilər. "Report"un məlumatına görə, bu barədə mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
45 yaşlı mütəxəssis bildirib ki, Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının VIII tur qarşılaşmasında zədələnərək, meydanı tərk etmiş Dino Ndlovu ötən gün məşqi də yarımçıq qoyub. Qurbanov cənubi afrikalı hücumçunun ağrılarının olduğunu söyləyib: "Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Hələ bilinmir oyanayacaq, ya yox".
Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.
Son xəbərlər
14:27
Paşinyan Putinlə dəmir yolu ilə bağlı danışıqlar apardığını bildirib
Region14:24
İran Filippin bayrağı altında üzən gəmilərin Hörmüz boğazından keçidinə icazə verəcək
Digər ölkələr14:24
İranda daha bir etirazçı edam edilib
Digər ölkələr14:20
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
Maliyyə14:19
İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur
Daxili siyasət14:18
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
Maliyyə14:18
Azərbaycandakı internet trafikində botların payı bir ayda 70 % artıb
İKT14:15
Azərbaycanın bank sektorunun xalis mənfəəti 6 %-ə yaxın artıb
Maliyyə14:15