"Qalatasaray" Superliqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək

Futbol
  • 16 noyabr, 2026
  • 17:12
Qalatasaray Superliqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək

Türkiyənin "Qalatasaray" klubu Superliqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

"Sarı-qırmızılar" doğma arenaları olan "Rams Park"ın ot örtüyündə görülən işlərlə əlaqədar XII turda "Samsunspor"u "Başakşehir Fatih Terim Stadionu"nda qəbul edəcək.

Xatırladaq ki, noyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

44 filmi