​"Qalatasaray" "Bursaspor"un müdafiəçisini transfer edib

Futbol
  • 22 iyun, 2016
  • 06:13
​Qalatasaray Bursasporun müdafiəçisini transfer edib

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un məlumatına görə, İstanbul təmsilçisi "Bursaspor"da çıxış edən Serdar Əzizlə razılığa gəlib.

Futbolçunun meneceri Halik Canatar tərəflərin 4 il müddətinə anlaşdıqlarını bildirib. "Qalatasaray" 26 yaşlı müdafiəçi üçün 4.5 milyon avro ödəyib, futbolçuları Sercan Yıldırım, Furkan Özçal və Bilal Kısanı Bursa təmsilçisinə verib.

Qeyd edək ki, Sərdar Əziz "Bursaspor"un yetirməsidir.