PSJ və "Real" Braziliya millisinin üzvü Rayanla maraqlanırlar

Futbol
  • 28 noyabr, 2026
  • 10:01
PSJ və Real Braziliya millisinin üzvü Rayanla maraqlanırlar

Braziliya millisinin futbolçusu Rayan karyerasını Avropanın aparıcı klublarından birində davam etdirə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "Real", Fransanın PSJ və İngiltərənin "Liverpul" komandaları "Bornmut"da çıxış edən 20 yaşlı hücumçu ilə maraqlanırlar.

Hər üçü forvardın inkişafını yaxından izləyir və onu qarşıdakı transfer dönəmlərində potensial hədəf kimi nəzərdən keçirirlər. Sözügedən klubların skautları Rayanın oyununu bəyəniblər.

Xatırladaq ki, 2026-cı ilin yanvarında ölkəsinin "Vasko da Qama" komandasından "Bornmut"a keçən futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.