PSJ-nin futbolçusunu qarət edən şəxslər saxlanılıb

Futbol
  • 05 oktyabr, 2021
  • 09:09
PSJ-nin futbolçusunu qarət edən şəxslər saxlanılıb
Anxel Di Mariya

Fransa polisi PSJ-nin futbolçusu Anxel Di Mariyanın evini qarət etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, onlar argentinalı yarımmüdafiəçinin villasından qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunurlar.

Hadisə bu ilin martında baş verib. 33 yaşlı oyunçunun Paris yaxınlığındakı evinə daxil olan cinayətkərlar seyfdən saatlar və 500 000 avrodan çox dəyəri olan qızıl -zinət əşyaları götürüblər.

Hazırda hər üç şübhəlinin saxlanıldığı və ifadə verdikləri bildirilib.